1708581325 1684675081872196088646a1a09c38f4


Noyabrın 13-dən 15-dək Peruda keçiriləcək APEC sammiti Baydenin ABŞ prezidenti kimi sonuncu tədbiri olacaq. Bu tədbirlər çərçivəsində Baydenin Putinlə görüşmək imkanının olub-olmayacağı sual doğurur.

Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu sualına birbaşa cavab verməkdən yayınıb.

“Mən Putinin həmin tədbirlərdə görünəcəyinə şübhə edirəm”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, noyabrın 13-dən 15-dək Peruda keçiriləcək APEC sammiti Baydenin ABŞ prezidenti kimi sonuncu görüşü olacaq.

Noyabrın 18-19-da Braziliyanın sədrliyi ilə Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putinin bu tədbirdə iştirakı məsələsi hələ də nəzərdən keçirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: