Rusiyanın indiki sərhədlərdə saxlanılması qeyri-mümkündür. Bunun üçün kompromis formulları axtarmaq lazımdır.
Globalinfo.az xəbər verir ki, bunu əslən Bakı ermənisi olan rusiyalı müxalif siyasətçi Harri Kasparov deyib.
Onun sözlərinə görə, Tatarıstan, Başqırdıstan, Çeçenistan və digər ərazilərin Rusiyanın tərkibindən çıxmasında heç bir problem yoxdur:
“İmperiya dövlətini parlamentli respublikaya format etmək lazımdır. Bu proses kifayət qədər çətindir və heç bir zəmanət yoxdur ki, o reallaşacaq, lakin başqa çıxış yolu yoxdur”.
Kasparov Qərb elitasını Rusiyanın çöküşünün neqativ nəticələrə gətirib çıxaracağı ilə qorxutmağın doğru olmadığını bildirib.
İlkin Həsənov
Globalinfo.az