Putinə təqdim olunan xəritədə nə var?

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşə Polşa ordusunun İttifaq dövlətinin sərhədlərinə yerləşdirilməsini əks etdirən xəritə aparıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

“Polşa briqadalarından biri indi Brestdən 40, digəri isə Qrodnodan 100 kilometr aralıda yerləşir”, – Lukaşenko bildirib.