***
13:38
“Rusiya çoxqütblü dünya tərəfdarıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
ABŞ-ın hakimiyyətini qəbul etməyəcəyini deyən Putin Qərbin hədəfinin Rusiyanı bölmək olduğunu bildirib:
“Onların bir məqsədi var, o da ki, keçmiş SSRİ və onu əsas hissəsi olan Rusiyanı Federasiyasını məhv etməkdir. Sonradan onlar bizi özlərinin sivil xalqlar ailəsinə götürə bilərlər. Lakin hər bir hissəmizi ayrıca götürəcəklər”.
Putin Rusiyanın bu yolla gedəcəyi təqdirdə tam parçalanacağını və xalqların taleyinin dəyişəcəyini söyləyib:
“Əgər biz bu yolla getsək, məncə, Rusiyadakı xalqların, ilk növbədə isə rusların taleyi kökündən dəyişə bilər. Rus xalqı kimi etnosun indiki formada özünü qoruyub saxlaya biləcəyinə əmin deyiləm. Lakin əvəzində moskovitlər, urallılar və digərləri olacaq”.
O vurğulayıb ki, bu planlar kağız üzərində qurulub:
“Hər şey var, hər şey yazılıb, hər şey bir vərəqdə yazılıb. Biz buna cavab verməyə məcburuq”.
Prezident onu da bildirib ki, Qərbin yeganə məqsədi Rusiyanı indiki formada sıradan çıxarmaqdır. Putinin fikrincə, Qərb ölkəni yalnız hissə-hissə “sivil xalqlar ailəsi”nə qəbul edə bilərdi.