RIA 8938360 pic 32ratio 900x600 900x600 60104

Rusiya Prezidenti Vladimir Putin əməliyyat prosedurlarına əməl etməyən xarici agentlərə qarşı cəzaları sərtləşdirən yeni qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc portalında yerləşdirilib.

Əvvəllər cinayət məsuliyyəti yaranması üçün xarici agentin bir il ərzində iki dəfə inzibati qaydada cərimələnməsi tələb olunurdusa, artıq bu şərt aradan qaldırılıb. Yeni düzəlişə əsasən, tək bir pozuntu belə cinayət məsuliyyəti üçün kifayət edəcək.

Bundan əlavə artıq bu qanunla xarici agent statusuna malik şəxslər əvvəllər eyni maddə ilə məsuliyyətə cəlb olunublarsa, daha sərt şəkildə cəzalandırılacaqlar.

Tahir Turan
Globalinfo.az

Paylaş: