“Rusiya ilə Ermənistan arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir”.
Globalinfo.az xəbər verir ki, bunu Paşinyanla ikitərəfli görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya və Ermənistan üçün bu beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq müsbətdir.
“İkitərəfli münasibətlərə gəlincə, onlar çox uğurla inkişaf edir”, – Putin bildirib.
Rusiya lideri Ermənistanla ticarət dövriyyəsinin rekord həddə yüksəldiyini vurğulayıb.
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 7 milyard dolları ötüb. Bu, rekord göstəricidir. Ticarət-iqtisadi əlaqələrimizdə əvvəllər belə bir həcm olmayıb. Ermənistanın Avrasiya İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14 dəfə artıb. Biz həmişə ilk növbədə iqtisadi əməkdaşlığa diqqət yetiririk”, – deyə Putin bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az