239756625 1200

“Putin Trampla görüşməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında təmaslar ABŞ-ın yeni seçilmiş prezidenti rəsmi olaraq vəzifəyə başladıqdan sonra mümkünləşə bilər.

“Biz qarşılıqlı hazırlıq əsasında görüşə razıyıq. Lakin çox güman ki,Tramp Oval kabinetə daxil olduqdan sonra bu istiqamətdə müəyyən addımlar atılacaq. Moskva Trampın Putinlə dialoq qurmaq istəyini alqışlayır. Biz görürük ki, Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Ancaq hələlik heç bir konkret məlumat yoxdur. Rusiya və ABŞ prezidentləri arasında danışıqlar üçün heç bir ilkin şərt tələb olunmur. Dialoq aparmaq üçün qarşılıqlı istək və siyasi iradə lazımdır”, – Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: