Putin Qərbin Rusiyanı məhv etmək planından danışdı

“Bədxahların Rusiyanı məhv etmək cəhdləri iflasa uğrayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiyanı təcrid etmək üçün qarşıya qoyulan bütün vəzifələr məhv olub və bu, göz qabağındadır.

Putin SSRİ-nin dağılmasından sonra Qərbin Rusiya ilə bağlı planlarından da danışıb:

“Sovet İttifaqı dağılandan sonra Qərbdə düşünürdülər ki, səbrli olmaqla Rusiyanı da məhv edəcəklər. Mən sonradan buna yüz faiz əmin oldum”, – deyə Kreml rəhbəri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az