Qərb dövlətləri Ukraynaya qoşun göndərsələr… – Putin

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.

“Onlar (Qərb) anlamalıdır ki, bizim onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var”, – o bildirib.

“Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz”, – Putin əlavə edib.