1755170393 ef43a4b5 34e0 3b3f be5c 7cea2cbbae52 850

Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirilən görüşdə çıxış edərək kiçik biznes üçün vergi yükünün həddindən artıq artırılmasının qəbuledilməz olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı sahibkarların optimal vergi rejimlərinə problemsiz keçidinin təmin edilməsinin və mühasibat uçotu da daxil olmaqla, artan inzibati xərclərdən yayınmağın vacibliyini vurğulayıb.

Putin misal olaraq Moskva vilayətində fəaliyyət göstərən “Maşenka” çörək zavodunun sahibinin “birbaşa xətt” zamanı səsləndirdiyi müraciəti xatırladıb. Sahibkar yeni qaydaların istehsal və pərakəndə satışı birləşdirən kiçik müəssisələrin fəaliyyətini çətinləşdirə biləcəyindən narahat olduğunu bildirib.

Putin hökumətə kiçik müəssisələrin maraqlarının əlavə qorunması ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etməklə bağlı xəbərdarlıq edib.

Tahir Turan
Globalinfo.az 

Paylaş: