Putin müharibəni bitirməkdə qətiyyən maraqlı deyil, çünki o…

Rusiya Prezidenti Vladimir Putin öz rejiminə, xüsusən də Rusiya Federasiyasındakı daxili etiraz hərəkatına qarşı təhlükə hiss etməyincə, Ukrayna ilə danışıqlar masasına əyləşməyəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məlumata görə, buna nail olmaq üçün Qərb Ukraynanı gücləndirməli və Kreml ətrafındakı sanksiyaları sərtləşdirməlidir.

Almaniyanın Moskvadakı keçmiş səfiri Rüdiger von Friç bildirib ki, hazırda Putin bu müharibəni bitirməkdə qətiyyən maraqlı deyil, çünki o, Ukraynaya qarşı aqressivliyinin sonunda mükafatlandırılacağını gözləyir.

O, Putinin daxildə baş verə biləcək etirazlardan qorxduğunu qeyd edib:

“Və siz onu buna aparmalısınız. Bu qənaətə gəlsə, danışmağa hazır olacaq. Bunu necə əldə etmək olar? Ukraynanı gücləndirin və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edin”.