Putin Lukaşenko ilə görüşüb

Screenshot 2025 04 29 231737

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Volqoqradda keçirilən görüşlərini yekunlaşdırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Görüş təxminən 4 saat davam edib və liderlər təkbətək danışıblar. Görüşdən öncə Putin və Lukaşenko “Böyük irs – ortaq gələcək” adlı forumda iştirak ediblər və Stalinqrad döyüşü qəhrəmanlarının xatirəsinə ucaldılmış memoriala əklil qoyublar.

Liderlərin müzakirə etdiyi əsas məsələlər arasında Rusiya ilə Belarus arasındakı münasibətlərin inkişafı və strateji tərəfdaşlıq perspektivləri olub.

Aysel Əliyeva
Globalinfo.az