Putin KXDR-lə imzalanan sazişdən danışdı: 1962-ci ildə nə baş verib?

“Şimali Koreya ilə əldə olunan razılaşmada prinsipial yeni heç nə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Diqqətinizə çatdırmaq istərdim ki, bu saziş yeni deyil. Belə ki, 1962-ci ildə imzalanmış əvvəlki müqavilədə də, demək olar ki, eyni müddəalar yer alıb. Burada heç bir yenilik yoxdur. Biz demək olar ki, heç nəyi dəyişməmişik”, – Putin vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl Rusiya və KXDR liderləri Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az