KKX6OQHOXRCG5HJYQ52IOAURFQ 900x472 1

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun Kurskdan çıxarılması üçün generallarına oktyabrın 1-nə qədər vaxt verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddialarına görə, Rusiya prezidenti generallara Ukraynadakı açar nöqtələrdən ordu hissələrini çıxarmadan bunu etmələrini tapşırıb.

Lakin hazırda Moskvanın Ukraynada iki istiqamətdən başqa digər ərazilərdən müxtəlif qoşun növlərini geri çəkdiyi və hərbçilərini Kurska toplamağa başladığı bildirilir.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Ukraynanın Kurskdan əl çəkmək fikrinin olmadığını yazıb. Hətta Kiyev hökumətinin bunun üçün Vladimir Putinlə masaya oturmağa hazır olduğunu iddia edilib. “Nyu York Tayms” isə yaxın zamanlarda Kurskda 3 min rus hərbçinin Ukrayna ordusunun mühasirəsinə düşə biləcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: