RIA 8914089 pic 32ratio 900x600 900x600 30233

Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Fransanın öz sahillərində Rusiyanın neft tankerini saxlamasını kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, Putin hadisəni “piratlıq” adlandırıb və bu addımın beynəlxalq dəniz hüququna zidd olduğunu bildirib.

Qeyd edək ki, Fransa oktyabrın 1-də sanksiyalara məruz qalan “Boracay” neft tankerini qanunu pozmaqda şübhəli sayıb.

Kreml sözçüsü Dmitri Peskov hələlik ətraflı məlumat almadıqlarını desə də, Avropa tərəfindən Baltik dənizi və digər sularda təxribatların artdığını vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: