putin 1

“Ukraynanın Kursk vilayətinin bir hissəsi üzərində nəzarəti saxlaması gələcək danışıqlar üçün vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, Bayden administrasiyası vəzifəsini tərk edənə qədər Ukraynanı güclü kartlarla təmin etməyə çalışır:

“Ukraynanın Kursk vilayətindən mövcudluğu çox vacibdir. Bu, istənilən danışıqlarda önəmli olacaq”.

Blinken qeyd edib ki, Ukrayna hətta danışıqlar baş tutacağı halda adekvat təhlükəsizlik zəmanətinə ehtiyac duyacaq:

“Bu olmazsa, Putin hesab edəcək ki, oyun bitməyib. Onun imperiya ambisiyaları qalır. O bunu yenidən – istirahət etdikdən sonra həyata keçirəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: