Putin bu il G20-yə gedəcək? – Peskovdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etmək üçün Braziliyaya gedib-getməyəcəyi hələ müzakirə olunmayıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu məsələlər hələ nəzərdən keçirilməyib”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Braziliyanın Putinə dəvətinin G20-nin digər üzvləri ilə müzakirə edilməli olduğunu bildirib.

Braziliya lideri Lula da Silva isə vurğulayıb ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanısa da, Braziliya Rusiya prezidentini sammitə dəvət edəcək. Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edir. Assosiasiyanın yekun sammiti 2024-cü il noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutacaq.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna müharibəsinə görə, 2023-cü ildə Rusiya liderinin həbsinə order verib.

Əliyar Xəlil
Globalinfo.az