Putin BRİKS-də şərtlərini elan etdi

İyulun 18-dən biz bu qondarma sövdələşməni (taxıl sazişi – red.) daha da uzatmaqdan imtina etdik. Biz ona qayıtmağa hazır olacağıq. Ancaq Rusiya qarşısında götürülən bütün öhdəliklər real yerinə yetirildiyi halda geri qayıtmaq mümkündür.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin BRİKS Biznes Forumunun iştirakçılarına video-müraciətində deyib.

“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı qondarma sövdələşmənin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklərə sadəcə olaraq məhəl qoyulmadı”, – o bildirib.

Putinin sözlərinə görə, Rusiya həm kommersiya əsasında, həm də ehtiyacı olan dövlətlərə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz etməyə qadirdir:

“Bu il də əla məhsul gözlənilir. İlk addım olaraq, bu malların pulsuz çatdırılması da daxil olmaqla, altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz göndərilməsinə qərar verdik. Tərəfdaşlarla danışıqlar başa çatmaq üzrədir”.