Putin Priqojinin ölümündən danışdı: “Ciddi səhvləri var idi…” – VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” rəhbəri Yevgeni Priqojin və digərlərinin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Globalinfo.az TASS-a  istinadən xəbər verir ki, Putin deyib ki, ilk məlumatlarda Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner” əməkdaşları olduğu bildirilib.

“Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvləri olan biri idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adam idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən Afrikada işləyirdi. Afrikadan qayıtması haqqında dünən axşam xəbər tutdum. Hadisə haqqında isə mənə səhər ətraflı məlumat verilib”, – deyə Kreml rəhbəri bildirib.

Globalinfo.az