Pullu yolda ağır qəza: 6 nəfər…

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, “Toyota” markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan altı nəfər Bakı şəhər sakinləri – Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.