Professorun həlak olduğu qəzaya görə cinayət işi başlandı

Tarixçi alim, professor Nəsiman Yaqublunun düşdüyü avtomobil qəzası ilə bağlı cinayət işi başlanıb.

Globalinfo.az bildirir ki, faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.

Qeyd edək ki, Nəsiman Yaqubıu ötən gün Cəbrayıl rayonunun Quycaq kəndi ərazisində yol qəzasında ölüb. Onun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.