Rusiyalı iş adamı, Vladimir Putinin “aşpazı”, “qara qutusu” olaraq tanınan Yevgeni Priqojinin oğlu Pavel Priqojninin “Vaqner” özəl hərbi şirkətinə rəhbər təyin olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə qrumun Perm şəhərindəki nümayəndəsinin məlumat yaydığı bildirilir.
Məlumata görə, “Vaqner” onun rəhbərliyi altında Rusiya Qvardiyasının tərkibinə daxil edilib. Artıq qruplaşma qvardiyanın bir hissəsidir.
Qruplaşmaya yeni üzvlərin qəbul edildiyi, lakin bu dəfə məhbusların deyil, mülki şəxslərin seçildiyi deyilir.
Əliyar Xəlil
Globalinfo.az













