Prezident bu haqda xəbərdarlıq etmişdi – 1 ay keçmədi…

Son günlər ölkəmizə qarşı xaricdən təzyiqlər artmaqdadır. Həm Qərb, həm də İranın pərdəarxası təzyiqləri geniş vüsət alıb. Xüsusilə Avropa, ABŞ ölkəmizi insan haqları, söz azadlığı, siyasi məhbuslar mövzusunda təzyiqə məruz qoyur, İran isə agenturasını yenidən fəallaşdırıb.

Prezident İlham Əliyev andiçmə mərasimi zamanı ölkəmizə qarşı mümkün təzyiqlərin anonsunu vermişdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycana qarşı müxtəlif çirkin və təxribatçı addımlar bundan öncə olduğu kimi bundan sonra da olacaq:

“Şübhəsiz ki, Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməyən qüvvələr var. Bu qüvvələr məkrli addımlar ataraq, ölkəmizə qarşı təzyiqlər edərək faktiki olaraq öz çirkin niyyətlərinə nail olmağa çalışırlar.

Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsini istəməyən bir çox ölkə regionda sabitliyi, sülhü pozmaq üçün mənfur planlar qurur. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü buna misal ola bilər”.

İlyas Hüseynovun sözlərinə görə, tərəflər bu görüşün Azərbaycan əleyhinə olmadığını desə də buna inanmaq çətindir:

“Prezident İlham Əliyev andiçmə mərasimi zamanı ölkəmizə qarşı mümkün təzyiqlərin anonsunu vermişdi. Bu gün bir daha ölkə başçısının uzaqgörən siyasətinin şahidi oluruq”.

Turan Rzayev
Globalinfo.az