Pentaqon: “Rusiya dünyanın ən böyük nüvə arsenalına sahibdir”

“Rusiya dünyanın ən böyük nüvə arsenalına sahibdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında bildirilib.

ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Entoni Kotton bildirib ki, Rusiya daim öz nüvə potensialını modernləşdirir və genişləndirir.

“Rusiya hazırda ən böyük və müxtəlif nüvə arsenalına malikdir. Moskva 2023-cü ilin sentyabrında Sarmat qitələrarası ballistik raketlərini döyüş növbəsinə cəb edib. Eyni zamanda Rusiya öz arsenalında qanadlı raketləri daşıya bilən Severodvinsk nüvə sualtı qayıqlarını saxlayır”.

General Kotton “Kinjal” və “Zirkon” hipersəs raket sistemlərindən də danışıb. Onun fikrincə, bu sistemlər Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik gətirir.

Əliyar Xəlil
Globalinfo.az