Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. O, yuxuda başına nar dənələrinin yağdığını gördüyünü deyib.
Sitat: “Yuxuda gördüm ki, göydən başıma nar dənələri yağır. Yuxudan durandan sonra getdim Səddamın nar bağına…”
Yuxusu ilə bağlı Globalinfo.az-a danışan P.Hüseyn yuxuların müxtəlif olurduğunu qeyd edib:
“Hər yuxudan bir məna çıxarmaq məncə, doğru deyil. Amma bəzən gördüyüm yuxu həqiqətən də illər sonra olduğu kimi də gerçəkləşib. Düzü, gördüyüm yuxuları yozmuram”.
P.Hüseyn fotonu Sabirabad rayonunda çəkdirdiyini bildirib:
“Paylaşdığım foto Sabirabadda qonşumuzun həyətində çəkilib. Açığı, bizim özümüzün nar bağımız yoxdur. Adını qeyd etdiyim Səddam isə sinif yoldaşım, yaxın dostum olmuş şəxsin oğludur”.
Zaira Akifqızı