Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan hökumətinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Ermənistan-ABŞ strateji münasibətlərinin inkişafı və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bu gün keçiriləcək yüksəksəviyyəli görüşlə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüş Paşinyanın Trampla danışıqlarından və Azərbaycan prezidentinin iştirakı ilə üçtərəfli danışıqlardan bir neçə saat əvvəl baş tutub.
Bundan əvvəl Uitkof Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.