Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə paradına qatılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Xatırladaq ki, Nikol Paşinyanın Moskvaya səfəri ilə bağlı razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı əldə olunub.













