Paşinyan: “Rusların “Nerkin-And”a daxil olmaq üçün mandatı yoxdur”

“Rusiya sərhədçilərinin Nerkin-And kəndinə daxil olmaq üçün heç bir mandatı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, rus sərhədçilərinin sözügedən kənddə olmasını təmin edən heç bir razılaşma mövcud deyil.

Paşinyanın sözlərinə görə, heç kim Nerkin-And kəndinin Rusiyanın məsuliyyət sahəsi olduğunu deməyib.

“Ermənistan-Azərbaycan sərhədində hamıya məlum olan səbəblərdən müəyyən gərgin vəziyyət hökm sürür. Bu, o deməkdir ki, Rusiya sərhədçiləri orada heç bir təhlükəsizlik funksiyasını yerinə yetirə bilməz. Biz bundan müvafiq nəticələr çıxarmalıyıq”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az