Paşinyan Putinin andiçmə mərasiminə qatılacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyinə hələ aydınlıq gətirilməyib. 

Globalinfo.az xəbər verir ki, bir neçə gün öncə keçirilən mətbuat konfransında baş nazirin bu suala cavabdan yayınması diqqət çəkib.

Paşinyan Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirakla bağlı hökumətdə müzakirələrin aparıldığını deyib, lakin Vladimir Putinin andiçmə mərasiminə qatılıb-qatılmayacağı ilə bağlı sualı cavabsız qoyub.

“Aysor” baş nazirin andiçmə mərasiminə qatılıb-qatılmayacağının dəqiqləşdirilməsi üçün hökumətə sorğu ünvanlayıb.

“Ermənistan Baş nazirinin aparatı Nikol Paşinyanın bütün səfərləri barədə müvafiq məlumat verir”, – hökumətin cavabında bildirilir.

Qeyd edək ki, İrəvan rəsmiləri son aylarda Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edib.

Ayşən Mustafa
Globalinfo.az