Ermənistanın Baş naziri Nikol Paşinyanın iclası zamanı hökumət binasının işıqları sönüb.
Globalinfo.az xəbər verir ki, iclasın gərgin vaxtında işıqların sönməsi Paşinyanı özündən çıxarıb.
“Mən nə qədər tövsiyə verməliyəm?! Biz Ermənistanda elektrik enerjisi ilə bağlı məsələni davamlı olaraq qaldırırıq. 10 ildir ki, müxtəlif müzakirələr gedir, bu istiqamətdə tövsiyələr veririk. Ölkəmizdə elektrik enerjisinin keyfiyyəti zəifdir, elə bu binada da”, – Paşinyan deyib.
Qeyd edək ki, hökumətin iclası müddətində elektrik enerjisinin iki dəfə kəsildiyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














