Paşinyan bəyan etdi: Delimitasiyanın növbəti mərhələsi Zəngəzurda aparılacaq

Delimitasiyanın növbəti mərhələsi Sünikdə (Zəngəzurda) həyata keçirilə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, delimitasiyanın növbəti mərhələsinin başqa ərazidən başalaya biləcəyini də istisna etməyib.

“Hazırda qanun layihəsi üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək. Dünəndən Sünik (Zəngəzur) rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh və real Ermənistanın gündəmi xalqımıza aydındır. Bu, çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün addım atdığımızı xalqımıza çatdıra bilmişik. Bu kontekstdə delimitasiya və digər mövzular operativ məsələlərə çevrilir. Hökumət atılan addımların nədən ibarət olduğunu və riskləri dərk edir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az