Paşinyan: “Azərbaycanla Türkiyə arasında əlaqə yaradılmasını dəstəkləyirik”

“Ermənistan Horadiz-Mehri-Ordubad-Yerasx yolunun açılmasını dəstəkləyir və bunu ölkəmiz üçün mühüm layihə hesab edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında çıxışı zamanı deyib.

“Biz Ermənistan vasitəsilə Azərbaycanla Türkiyə, həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə yaradılmasını dəstəkləyirik. Regional qaz və neft kəmərlərinin, elektrik xətlərinin Emrənistan ərazisindən keçməsinin əleyhinə çıxmırıq ki? Amma bütün bunlar Ermənistanın suverenliyi və yurisdiksiyası daxilində həyata keçirilməlidir”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, uzun müddətdir Azərbaycan və Ermənistan sərhəddində 3 buraxılış məntəqəsinin qurulması ilə bağlı layihə İrəvan hakimiyyətinin gündəmində müzakirə edilir. Onun sözlərinə görə bunlardan biri Naxçıvan, digər ikisi ilə Azərbaycanın qərb rayonları istiqaməti üçün nəzərdə tutulur.

Ayşən Mustafa
Globalinfo.az