Parlamentə yenidən seçildiyini açıqlayan Le Pendən ilk şərh: Makronun düşərgəsini məhv etdik


“Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransa parlamentinə yenidən seçildiyini bildirib.

Globalinfo.az Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Le Pen səslərin demək olar ki, 52 faizini qazanaraq Burbon sarayındakı yerini təmin edib.

Nəşrin məlumatına görə, onun tərəfdarları parlamentdə 240-dan 270-ə qədər yer alacaq.

Marin Le Pen seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib ki, fransız xalqı Milli Birlik Partiyasını irəli apardı və Fransa Prezidenti Emmanuel Makronun düşərgəsini az qala məhv etdi.

O bildirib ki, ikinci tur həlledici olacaq:

“Partiyanın prezidenti Cordan Bardellanın (Prezident) Emmanuel Makron tərəfindən səkkiz gün ərzində baş nazir təyin edilməsi üçün mütləq çoxluğa ehtiyacımız var”.

Qeyd edək ki, 30 iyunda keçirilən seçkilərin ilkin nəticəsinə görə, Milli Birlik Partiyası liderdir. İkinci yeri Yeni Xalq Cəbhəsi, üçüncü yeri isə Makronun koalisiyası tutub.

Əliyar Xəlil
Globalinfo.az