Daha bir ölkədə şiddətli zəlzələ oldu

Papua-Yeni Qvineya sahillərində maqnitudası 6,3 olan zəlzələ baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Kimbe şəhərindən (əhalisi 18 800 nəfərə yaxın) 108 km şimal-qərbdə və 607 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.