Pakistanda 5 əsgər həlak oldu

Pakistanın cənub-qərbində Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində 5 əsgər həlak olub.

Globalinfo.az xəbər verir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.

Atışma zamanı üç terrorçu öldürülüb.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.