Pakistan prezidenti Türk ordusunun generalını təltif etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakı “Pakistan İmtiyaz nişanı” ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib.

“Rəsmi səfəri çərçivəsində Pakistanda olan Baş Qərargah rəisi ordu generalı Mətin Gürak Türkiyə ilə Pakistan münasibətlərinə və iki ölkənin silahlı qüvvələri arasındakı hərbi əməkdaşlığa verdiyi töhfələrə görə Pakistan Prezidenti cənab Asif Əli Zərdari tərəfindən “Pakistan İmtiyaz nişanı” ilə təltif edilib”, – paylaşımda qeyd olunub.