Ordumuzun zərbəsi: düz sülhməramlı postun yanına… – VİDEO

Azərbaycan Ordusu Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı erməni ordusunun qalıqlarının ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların postu yaxınlığındakı silah anbarını vurub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü və xəritə paylaşılıb.

Ordumuzun dəqiq zərbəsi zamanı ətraf əraziyə, o cümlədən rus sülhməramlıların postuna zərər dəyməyib.

Qeyd edək ki, bu fakt sülhməramlıların erməni terrorçuların fəaliyyətinə yaratdığı şəraitin daha bir nümunəsidir.