Müdafiə Nazirliyi Ermənistandan hərbi təyinatlı yüklərin və şəxsi heyətin Azərbaycan ərazisinə göndərilməsinə son qoymağı, erməni qoşunların Qarabağdan çıxarılmasını tələb edir, “Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyi”ni qeyd edir.
Globalinfo.az xəbər verir ki, bunu analitik Asif Nərimanlı deyib.
“MN “Qisas” əməliyyatını nümunə göstərməklə antiterror əməliyyatının mesajını verir.
Bəllidir ki, nə Rusiya, nə Ermənistan, nə də separatçılar bu tələblərə əməl etməyəcək. Bu baxımdan, Azərbaycan Ordusunun hərəkətə keçəcəyi gözləntisi ön plandadır, bu açıqlama da mümkün addımlardan öncəki xəbərdarlığa daha çox bənzəyir”, – o bildirib.
Aqşin
Globalinfo.az














