Ordumuz meydanda, Ermənistanda “hava hücumu” siqnalı…

“2024-cü ilin əvvəlindən Azərbaycan sərhəddə xüsusi təyinatlı hərbi hissələrin iştirakı ilə təlimlər keçirir. Buna paralel olaraq Ermənistan Daxili İşlər Nazirliyi də təlim hazırlıqlarına başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi xadim Edqar Qazaryan yazıb.

O bildirib ki, Azərbaycan Ordusu döyüş, Ermənistan qurumları isə “hava hücumu siqnalı” təlimi keçirir.

“Tavuş vilayətində hava hücumu siqnalı verildikdə əhalinin xəbərdar edilməsi, sığınacağa yerləşdirilməsi və təxliyənin keçirilməsi təlimi təşkil ediləcək”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az