Macarıstan Ukraynanın Rusiya ilə müharibə nəticəsində parçalanmasında maraqlı deyil və qonşu ölkədə sabitliyin qorunmasını istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban hakim “FİDES – Macar Vətəndaş Birliyi” partiyasının fəalları ilə görüşdə deyib.
Orban vurğulayıb ki, Ukraynanın dağılması Macarıstan üçün ciddi problem yarada bilər:
“Bunun baş verməməsi üçün çox iş görməliyik. Kənd sakini yaxşı anlayır ki, onun torpaq sahəsinin dəyərinə yanında yaşayan qonşunun vəziyyəti də təsir edir. Ona görə də, Macarıstana sabit Ukrayna lazımdır”, – Orban vurğulayıb.
Əliyar Xəlil