oqtay sireliyev

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru Oqtay Şirəliyev səhiyyə nazirinin sabiq müavininə vəzifə verib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, Oqtay Şirəliyevin müaviq əmri ilə Viktor Qasımov “Respublika Diaqnostika Mərkəzi” ASC-nin ümumi şöbəsinin müdiri və direktorun köməkçisi təyin edilib.

Viktor Qasımov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: “Təqaüddəyəm. Həm də tibb sahəsində – “Respublika Diaqnostika Mərkəzi” ASC-də fəaliyyətimi davam etdirirəm”.

Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illər səhiyyə naziri olub. Viktor Qasımov isə 2020-2022-ci illərdə nazir müavini vəzifəsini tutub.

b211097231d4be0fe19cf990b78bb3fd77236b69 5e24 4ec6 9d27 c8d80cfdc45f jpg

Viktor Qasımov

 

Paylaş: