Nüvə silahları burada yerləşdiriləcək – Səfir açıqladı

Belarusdakı taktiki nüvə silahları İttifaq dövlətinin (Rusiya və Belarus) qərb sərhədlərinə daha yaxın yerləşdiriləcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov deyib.

Diplomat xatırladıb ki, iyulun 1-dək ölkədə bu tip silahlar üçün anbar hazırlanacaq.

“O (nüvə silahı – red.) bizim birlik dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq”, – Qrızlov vurğulayıb.