“Ukrayna istisna deyil!” – Fitso Aİ üzvlüyü üçün şərt qoydu

fitso 0

Slovakiya Ukraynanın Avropa İttifaqına üzv olmaq qərarını dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

Ukrayna Aİ-yə qoşulmaq istəyir. Bu, onun suveren qərarıdır və biz bu qərarı dəstəkləyirik”, – deyə Fitso jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, Aİ-yə üzv olmaq istəyən bütün namizəd ölkələr qarşılarına qoyulan şərtləri yerinə yetirməlidir və Ukrayna bu baxımdan istisna ola bilməz.

O həmçinin 2025-ci ilin payızında keçiriləcək Slovakiya–Ukrayna hökumətlərarası məsləhətləşmələr barədə məlumat verib. Onun sözlərinə görə, birgə nazirlər kabineti iclası formatında təşkil olunacaq görüşdə Ukraynanın Aİ-yə üzvlük planlarının reallaşdırılması məsələsi də müzakirə olunacaq.

Aysel Əliyeva
Globalinfo.az