“Neftçi”ni məğlub etdi, Türkiyə futbolunun tarixinə düşdü

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıda “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Türkiyə futbolunun tarixinə düşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, çalışdırıcı kimi avrokuboklarda 41-ci matçına çıxan 71 yaşlı mütəxəssis 20-ci qələbəsini qazanıb.

Günəş bununla “Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terimin rekordunu təkrarlayıb.