“Neftçi”dən səfər qələbəsi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar”ın heyətində 74-cü dəqiqədə Dieqo Valdez fərqlənib.

Bu nəticədən sonra xalllarının sayını 8-ə çatdıran “Neftçi” üçüncü pilləyə yüksəlib. 7 xala malik “Sumqayıt” dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə “Qəbələ” “Zirə”ni məğlub edib – 1:0.