“Neftçi”yə yeni prezident gəlir?

Son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də “Neftçi” Futbol Klubunun keçmiş prezidenti Sadıq Sadıqovun yenidən həmin vəzifəyə təyin olunacağı ilə bağlıdır.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Sadıq Sadıqovla əlaqə saxlayıb.

O, xəbəri təkzib edib:

“Mən elə “Neftçi”dəyəm də. Sadəcə, “Neftçi” idman klubu ictimai birliyinin rəhbəriyəm. Xəbər tamamilə yanlışdır. “Neftçi”nin prezidenti var və öz işini icra edir”.

Zaira Akifqızı
Globalinfo.az