“Neftçi” qələbəni qoruya bilmədi, “Zenit”ə məğlub oldu

“Neftçi” Rusiyada “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, “ağ-qaralar” Sankt-Peterburq təmsilçisi “Zenit” komandası ilə qarşılaşıb.

“Qazprom Arena”da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. “Zenit”in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

Qeyd edək ki, “Neftçi” turnirdə iyulun 8-də