1680339953 photo 2023 04 01 12 53 30

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.

Paylaş: