Naxçıvanda yüksək vəzifəyə yeni təyinat – FOTO

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb.

Vəli Səfərov