Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

6689609d6a9516689609d6a9521720279197a88eebcf3dd28da67455654bbfe5a9fa

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.